GÖBƏLƏKLİ MAKARON
300 qram toyuq filesini, 200 qram göbələyi və 1 xırda doğranmış soğanı yağda bişirin. 250 ml. qaymağı qarışığa qatıb, suda bişmiş makarona əlavə edin. Üzərinə holland pendiri töküb, sobada 10 dəqiqə saxladıqdan sonra süfrəyə verin.
MAKARON RULETİ
Konservləşdirilmiş və 100 qram boyat çörəyi blenderdə əzib, içərisinə azca süd töküb qarışdırın. Qarışığı falqanın üstünə yayın. İçərisinə bişmiş makaron, xırda doğranmış 50 qram kərə yağı, şüyüd töküb, rulet formasında bükün. Sobada bişirdikdən sonra, duru yağda qızardın.
