GÖBƏLƏKLİ MAKARON

 300 qram toyuq filesini, 200 qram göbələyi və 1 xırda doğranmış soğanı yağda bişirin. 250 ml. qaymağı qarışığa qatıb, suda bişmiş makarona əlavə edin. Üzərinə holland pendiri töküb, sobada 10 dəqiqə saxladıqdan sonra süfrəyə verin.

MAKARON SALATI

Gül formasında olan bişmiş makarondan 200 qram götürün. Üzərinə xırda doğranmış zeytun, vetçina, bişmiş yumurta, xardal, duz, istiot, reyhan və mayonez töküb qarışdırın. Süfrəyə verərkən, üstünə əzilmiş fıstıq əlavə edin.

MAKARON RULETİ

Konservləşdirilmiş və 100 qram boyat çörəyi blenderdə əzib, içərisinə azca süd töküb qarışdırın. Qarışığı falqanın üstünə yayın. İçərisinə bişmiş makaron, xırda doğranmış 50 qram kərə yağı, şüyüd töküb, rulet formasında bükün. Sobada bişirdikdən sonra, duru yağda qızardın.