Son illər ölkəmizdə sürətli iqtisadi artım Azərbaycan dövlətinin parlaq gələcəyindən xəbər verir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin sahibkarlara göstərdiyi qayğının nəticəsi olaraq özəl sektorun inkişafında əlverişli şərait yaranmışdır ki, bu şəraitdən bəhrələnən “De Decco” MMC-nin rəhbərliyi Qafqazda analoqu olmayan makaron fabrikinin tikintisinə qərar vermişdir.
MİSSİYAMIZ
Milli və beynəlxalq standartlar çərçivəsində, gigiyena və qida təhlükəsizliyini nəzərə alaraq, eyni zamanda yüksək keyfiyyətli məhsul istehsal edərək, müştərini qane etməklə Azərbaycanda və xarici bazarda nüfuz və etibar qazanaraq fərqli yenilik yaratmaqdır
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ SİYASƏTİ
İnformasiya Təhlükəsizliyi Siyasətimizin məqsədi “De Decco” MMC makaronu daxilindəki bütün bölmələrə məxsus və ya cavabdeh olan məlumat aktivlərini qorumaq və müvafiq qaydada idarə etməkdir.
ENERJİ SİYASƏTİ
“De Decco” MMC olaraq enerji və təbii resurslarımızdan ən səmərəli şəkildə istifadə etmək və enerji göstəricilərimizi davamlı olaraq təkmilləşdirmək, beləliklə də ətraf mühitə mənfi təsirimizi azaltmaq və sosial məsuliyyət çərçivəsində xərclərimizi azaltmaq əsas prinsipimizdir.
